29 oktyabr 2024 at 20:32
Jurnalist kodu: 5561
Xəbər kodu: 85643664
T T
0 Persons
Mərmi, dron və raket; Hizbullahın işğala qarşı yeni 19 əməliyyat dalğası

Tehran - İRNA - Livan Hizbullahı sionist rejimin Qəzzə zolağı və Livandakı cinayətlərinə cavab olaraq 19 əməliyyatla sionist rejim ordusunun mövqelərini və işğal olunmuş Fələstinin şimalında sionist mühacirlər məskunlaşmış qəsəbələri hədəfə alıb.

Livan Hizbullahı bəyanat yayaraq bildirib ki, islami müqavimət qüvvələri 5 əməliyyat həyata keçirməklə sionist rejim hərbçilərinin Əl-Xəyyam qəsəbəsinin cənub, cənub-şərq və şərqində yerləşdiyi yerləri çoxlu sayda raket və minaatanlarla dəqiq zərbələr endiriblər.

Hizbullah daha üç əməliyyatda sionist rejim ordusunun Cəll əl-Əlam bazası, Məalut Tərşiha qəsəbəsi və Kəfr Fəradim məntəqəsindəki hərbi bazasının yerləşdiyi yerə raket hücumu həyata keçirib.

Livan islami müqaviməti həmçinin işğalçı qüvvələrin Kəfr Cəladi, Daltun, Əl-Mənara və Zariyyət qəsəbələrindəki mövqelərinə xeyli sayda raket və pilotsuz təyyarələr atıb.

Hizbullah başqa bir əməliyyatda sionist rejimin Rəs ən-Nəqurə dəniz bazasında yerləşən əsgərlərin mövqelərinə bir neçə raket zərbəsi endirib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .